Kannabidol bumu Amerikanın əkin sahələrini dəyişdirir. FED.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ fermerləri yeni və daha qazanclı bitki əkininə həvəsləniblər – bu bir sıra ölkələrdə (o cümlədən Azərbaycanda da) qadağan edilmiş çətənədir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, çətənə əkilmiş əkin sahələrinin miqdarı son bir ildə dörd dəfə artıb.
Buna səbəb çətənənin dekriminallaşdırılması və ona tələbatın kəskin artımı olub. Qeyd edək ki, çətənin tərkibindəki kannabidol (Cannabidiol) maddəsinə tibbdə böyük tələbat, o bir sıra xəstəliklərin - diabet, şizofreniə, dağınıq skleroz və sairdə istifadə edilir.
Ötən il ABŞ-da qəbul edilən qanunda çətənin müəyyən məhdudiyyətlər çərçivəsində əkininə icazə verilmişdi.
İlk məhsullar - əsasən ağrıları aradan qaldıran sağlamlıq məhsulları ortaya çıxanda isə fermerlər böyük gəlir götürdülər.
Hazırda kannabidolun istifadə edildiyi onlarla məhsul ortaya çıxıb. Bunlar fast food burgerləri, çay, bal, pivə, şokolad, köpək qidaları, hamam duzları, dezodorantlar, protein tozları, isti sous, qəhvə, konfet, şampun və üz kremləri və sairdir.
Bütün bunlar üçün çətənə yetişdirilməlidir.
Beləliklə, fermerlər ən sərfəli məhsul yetişdirmək üçün işə başlayıblar. Hətta əvvəllər çətənə ilə maraqlanmayan fermerlər də onu böyütməyə başlayırlar.
Sadə hesablamalar göstərir ki, çətənə əkinləri fermerlərə böyük gəlir gətirir. Əgər fermerlər bir akr (təxminən 40 sotdur) torpaq sahəsində soya əksydilər 500 dollar qazanardılarsa, çətənə əkinində 30 min dollar əldə edirlər.
Hələlik çətənə əkinçiliyi fermerlərə böyük gəlir gətirir. Amma bəzi biznes qrupları bu sahəyə pul qoymağa tələsmirlər. Belə ki, bu sahəni tənzimləyən dövlət qurumları bəzi məsələləri təkmilləşdirməlidirlər və bəzi sənaye qruplarının fikrincə çətənənin qiyməti hələ çox dəyişəcək.
Amma hətta həmin qrupların iştirakı olmadan da çətəninin əkin sahələri sürətlə artmaqdadır. 2018-ci ildən 2019-cu ilə qədər sənaye çətənə bitkisinin sahəsi 368% artaraq bütün digər məhsullardan üstün olub və bəzi böyük istehsalçılar - Ben & Jerry's kimi - CBD almaq istədiklərini ifadə ediblər.
Amma əgər aşkar olunsa ki, kannabidol bazarı heç də gözlənilən kimi böyük deyil, hazırda bu sahəyə pul qoyanları böyük problemlər gözləyir.