Bu ilin 6 ayında icrada olan 700 mindən çox işin yarısı problemi kreditlərlərlə bağlı olub.
FED.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Baş idarəsinin Kredit borcları şöbəsinin rəis əvəzi Emin Veysov bildirib.
Eləcə də bax: Bankların bağlanma səbəbləri açıqlandı – "80% PROBLEMLİ KREDİTİ OLUB"
E.Veysov deyib ki, ölkə başçısının problemli kreditlərlə bağlı göstərişindən sonra banklarla bağlı 100 minə yaxın iş geri çəkilib.
Onun sözlərinə görə, kommersiya banklarına borclu vətəndaş ona verilən 10 günlük müddətdə könüllü şəkildə kredit borcunu ödəmir.
E.Veysov deyib ki, buna görə də kreditlərin məcburi şəkildə ödətdirilməsi işləri həyata keçirilir. (Modern)