Hüquq

Azərbaycanda 18 evdən oğurluq edən şəxs tutulub

Azərbaycanda 18 evdən oğurluq edən şəxs tutulub | FED.az
16:56 16 İyun 2018

Abşeronda Asif Ağayev adlı şəxs oğurluq etdiyinə görə tutulub. FED.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin yanvar-iyun ayları ərzində rayon ərazisindəki 17 evdən də oğurluq etdiyi müəyyənləşib. 

A.Ağayevin ümumilikdə 1900 manat, 6500 ABŞ dolları, 150 avro nağd pul, xeyli sayda qızıl-zinət və gümüş əşyalar, 2 ədəd kombi aparatı, 3 ədəd televizor, qol saatı, yataq dəsti, məişət, geyim əşyaları və təmir-tikinti alətləri oğurlaması da məlum olub. 

Azərbaycanda elit otel açıldı – GÜNÜ 2500 MANAT

 

Digər xəbərlər