“Atəşgah” Sığorta Açıq Səhmdar Cəmiyyəti ölkənin yeganə su təchizatçısı barəsində Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Eləcə də bax: “Atəşgah Sığorta” - MƏHKƏMƏYƏ VERİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Atəşgah” Sığorta “Azərsu” Açıq Səhmdar Cəmiyyəti barəsində Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə görə müraciət edib.
Azərsu – Azərbaycanda su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir.