Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus xəstəsinin rayonda yerləşən baytarlıq aptekində satışla məşğul olması və yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.
Eləcə də bax: Maşın ustaları - Cərimələndi
FED.az xəbər verir ki, Kürdəmir şəhər sakini Nazim Rəhimovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub və qoyulan tələblərə riayət etməsi tapşırılıb. Rəhimov Nazim qaydaları pozmaqla rayon ərazisində yerləşən baytarlıq aptekində dərman satışı ilə məşğul olmaqla olduğu ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb.
O, rayon ərazisində baytarlıq aptekində satışla məşğul olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, həkimlərin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.
Hazırda Kürdəmir rayon Polis Şöbəsində Rəhimov Nazim barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. (Report)