Sərt karantin rejimi tətbiq edilən İsmayıllı rayonunda qanunsuz fəaliyyət göstərən təmir sexləri aşkarlanıb.
Eləcə də bax: Karantinə əməl etməyən - Taksi Sürücüləri Cəzalandırıldı
FED.az DİN-ə istinadən xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki avtomobil təmiri məntəqəsinin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyini aşkar ediblər.
Polis əməkdaşları tərəfindən həmin məntəqələrin fəaliyyəti dərhal dayandırılıb, avtomobil təmirçiləri-Hikmət Salihov və Fəzail Hüseynov barəsində cərimə protokolları tərtib olunub.
Qeyd edək ki, noyabrın 7-dən İsmayıllı rayonu da daxil olmaqla, koronavirusun geniş yayıldığı bir neçə rayonda sərt karantin rejimi tətbiq edilib.