Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Rəşid Məmmədov 25 ünvanında ağacların kəsilməsi faktı müəyyən edilib.
Eləcə də bax: Bakıda havanı çirkləndirən sexin sahibi - 4 Min Manat Cərimələnib
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Xidmət rəsmisi Vaqif Cavadov bildirib.
O qeyd edib ki, araşdırma zamanı “Xəzər İnşaat-XXI Əsr” MMC tərəfindən sözügedən ünvanda beş mərtəbəli binanın söküntüsü işləri aparılan zaman ərazidəki ağacların kəsildiyi və təbiətə 26 580 manat məbləğində ziyan dəydiyi məlum olub: "Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.