Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən armatur sexindən atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.
Eləcə də bax: Nazirlik 9 şadlıq sarayının sahibini - CƏZALANDIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Oxu.az-a istinadən xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktla bağlı sexin sahibi Hüseyn Quliyev barəsində akt, protokol tərtib edilib və o, 4 000 manat məbləğində cərimə olunub.
“Sexdə təmizləyici qurğunun quraşdırılması üçün obyekt sahibinə məcburi göstəriş verilib”.