"Azərbaycan Dəmir Yolları" ölkənin tanınmış un istehsalçısı olan “Karat Holdinq”i məhkəməyə verib.
Eləcə də bax: Azərbaycanın məşhur un istehsalçısı - ZƏRƏRLƏ İŞLƏMƏYƏ BAŞLAYIB
FED.az xəbər verir ki, tərəflər arasında öhdəliklərlə bağlı problem yaranıb. Belə ki, stansiya xidmətlərinə görə yığımların tutulması baxımından ADY “Karat Holdinq” tərəfindən 103 076 manat ziyana düşdüyünü iddia edib.
İddia Bakı Kommersiya Məhkəməsində icraata götürülüb. İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Karat Holding” 10-dan çox şirkəti özündə birləşdirən iri qurumdur. “Karat” MTK, “Azİnvest” tikinti şirkəti, “Karmen” dəyirmanı, makaron, kisə və quşçuluq fabrikləri, “Marina Plaza” oteli, “Premium” market məhz bu holdinqə daxildir.
Mediada yayılan məlumatlarda "Karat Holding"in sabiq deputat Əsabil Qasımova məxsus olduğu deyilir. Hazırda şirkətə onun qohumu İqdam Umudov rəhbərlik edir.
Xatırladaq ki, Azərbaycan Dəmir Yollarına 7 il rəhbərlik etmiş Cavid Qurbanov ötən ay vəzifəsindən azad edilib. (Qafqazinfo)