Milli Məclisin II çağırış deputatı və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC ləğv edilib.
Eləcə də bax: AEŞ “məhdud” formada fəaliyyət göstərəcək
FED.az xəbər verir ki, “Bakı-XXI əsr” MMC-nin fəaliyyətinə xitam verilərək “Top Properties” MMC-yə qoşulub və “Top Properties” MMC yenidən təşkil edilib.
"Top Properties" MMC 29 yanvar 2020-ci ildə 24 milyon 62 min 310 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Vasif Məcnunov Əfi oğludur.
“Bakı-XXI əsr” MMC isə 1 mart 2004-cü ildə 14 milyon 923 min 42 manat kapitalla yaradılıb. Şirkətin qanuni təmsilçisi Səidə Baxşiyeva Əflatun qızıdır.
Xatırladaq ki, 7 oktyabr 2019-cu ildə "Krosvey" MMC “Bakı-XXI Əsr” MMC-dən ayrılmışdı. "Krosvey" MMC-nin nizamnamə kapitalı 12 milyon 614 min manatdır. Bu şirkətin qanuni təmsilçisi Cümşüd Bağırov Nuru oğludur.