“Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
"TikTok"da saxta elanlarla vətəndaşların pulunu ələ keçirən şəxs saxlanıldı - VİDEO
FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Samirə Zeynalova 8 il müddətə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin ittiham olunduğu 308.2-ci maddə ittihamdan xaric edilib, həmçinin 313-cü maddə üzrə cəlbetmə müddəti bitdiyi üçün ona bu maddə üzrə cəza təyin edilməyib.
O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, ittihama görə, Samirə Zeynaova “Rifah Group” MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802.429, 45 manat pul vəsaitini onların hesabına köçürərək mənimsəyib. O, bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib.
Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri 1-ci qrup əlildir.










