"TikTok"da avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşaraq vətəndaşların pulunu ələ keçirən 27 yaşlı Yusif İslamov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıb.
Zərərli proqramları kriptovalyuta qarşılığında satırmış... - Kiberpolisdən əməliyyat - VİDEO
Bu barədə FED.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Y.İslamov "aksesuar auto" adlı "TikTok" səhifəsində avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşıb və alınmış məhsulların ünvanlara çatdırılması üçün vətəndaşlardan özünün bank kartına əvvəlcədən ödəniş etmələrini tələb edib. Bu kimi dələduzluq əməlləri ilə Y.İslamov zərərçəkmişlərin pulunu ələ keçirib.
Faktla bağlı araşdırma aparılır.












