2024-cü ilin 7 ayı ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 21 müəssisə tərəfindən idxal olunan 54 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar olunub.
Bu barədə FED.az Xidmətə istinadən xəbər verir.
Qeyd edilib ki. pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanmış bildirişlər əsasında 18 müəssisə tərəfindən məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub, digər müəssisələrlə bağlı işlər davam etdirilir.
Azərbaycan dilinin dövlət dili kimi istifadəsi, qorunması və inkişafı hər birimizin amalıdır.