"Türkiyədəki zəlzələlərin vurduğu ziyanın məbləği 34 milyard dollar civarında ola bilər. Lakin yenidənqurma xərcləri 100 milyard dollara çata bilər."
Ərdoğan: "Zəlzələ bölgəsində bütün yaşayış evləri sıfırdan 4 mərtəbəli tikiləcək"
FED.az xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə Direktoru Arvid Tuerkner verdiyi müsahibəsində bildirib.
Zəlzələ bölgəsinin onlar üçün vacib olduğunu bildirən Tuerkner, infrastrukturun yenidən qurulması və istehsalın davam etdirilməsi üçün oradakı sərmayələrinin davam edəcəyini bildirib.
Tuerkner, Türkiyə iqtisadiyyatı üçün 2023-cü il üçün artım gözləntilərinin 3% olduğunu deyib.
Tuerkner, zəlzələlərin vurduğu zərərin qiymətləndirilməsi işlərinin davam etdiyini bildirib. Dünya Bankı bölgədəki dağıntıların dəyərini 34 milyard dollar olaraq açıqlayıb. Lakin yenidənqurma daha baha başa gələcək. Yenidənqurma işləri 100 milyard dollara çata bilər.
Tuerkner, zəlzələlərin iqtisadi artıma mənfi təsirinin 1 faiz bəndi civarında ola biləcəyini deyib. (Marja)