Prezident Ərdoğan Samandağ Fəlakət Koordinasiya Mərkəzində mühüm açıqlamalar verib.
FED.az xəbər verir ki, Ərdoğan zəlzələdə can itkisinin 48 mini, yaralıların isə 115 mini keçdiyini bildirib.
Ərdoğan bildirib ki, zəlzələnin həm də sərt qış şəraitinin hökm sürdüyü günlərdə olması problemləri daha da artırıb. Hatay hava limanının uçuşlara bağlanması, yolların zədələnməsi, ilk günlərdə əlaqənin çətinləşməsi ilk gündə əlavə problemlər olub.
Onun sözlərinə görə, zəlzələnin nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş şəxslərin sayı 35 min nəfərə çatıb.
Ümumilikdə zəlzələdən zərər çəkənlərə dəstək verənlərin sayı 500 mindən artıqdır.
Ərdoğan bildirib ki, heç bir ölkə belə güclü zəlzələyə Türkiyədən daha yaxşı reaksiya verə bilməzdi.
Türkiyə prezidenti xatırladıb ki, zəlzələdə evlərini itirənlər üçün daimi yaşayış evlərinin tikintisi üçün dərhal işlərə başlanıb və ümumilikdə 650 min ev tələb olunur.