Zaqatalada canavarlar xırdabuynuzlu heyvanların saxlanıldığı fermaya hücum edib.
FED.az xəbər verir ki, APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kəpənəkçi kəndində örüş yerindəki fermada baş verib.
Eləcə də bax: Qoyunlarını canavar parçalayan sahibkar – SÜRÜSÜNÜ SIĞORTALAYACAQ
Kənd sakinləri Abducəlil Abdurahmanov, Yusif İsayev və Sahib Qurbanovun birgə təsərrüfatına hücum edən yırtıcılar ümumilikdə 160 baş xırdabuynuzlu heyvandan 40-nı parçalayıb. Təsərrüfat sahiblərinin dediyinə görə, qısa müddətə fermadan evlərinə gəlmələrini fürsət bilən canavarlar qoyun sürüsünə hücum edib. 13 baş heyvanı yerindəcə öldürən canavarlar 30-a yaxınını yaralayıb.
Hadisə ilə bağlı baytar nəzarət xidmətinin əməkdaşlarına məlumat verilib. Xidmətin əməkdaşlarının nəzarəti aldında ölmüş heyvanlar basdırılıb və yaralanmış heyvanlara lazımi dava-dərman verilib.