Bu gün bəzi elektron kütləvi informasiya vasitələrində Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) sürücülər haqqında məlumat bazasını sığorta şirkətlərinə satması barədə informasiya yayılıb.
FED.az xəbər verir ki, informasiya bazasında yüksək rütbəli məmurlar, eyni zamanda bütün sürücülər barəsində məlumatlar yer alıb. Bu məlumatlardan istifadə edən sığorta şirkətləri isə sürücüləri narahat edir, onlara tez-tez zəng edərək öz xidmətlərini təklif edirlər. Lakin BDYPİ məsələ ilə bağlı açıqlama yayaraq ittihamları təkzib edib. Avtosfser.az idarənin açıqlamasını olduğu kimi təqdim edir:
“Bəzi internet xəbər saytlarında yerləşdirilən “BDYPİ ölkənin məlumat bazasını satdı” adlı məqaləyə münasibət bildirərək qeyd etmək istəyirik ki, vətəndaşların nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən heç bir təşkilata (bunu almağa səlahiyyəti olan orqanlardan başqa) məlumat verilməyib.
Hal hazırda Daxili İşlər Nazirliyinin müvafiq xidməti tərəfindən bu məsələ araşdırılır"
Avtosfer©