Bu gün səhər Yeni Yasamal yaşayış kompleksində su borusunda qəza baş verib.
Eləcə də bax: Bakını su ilə təmin edən xətdə qəza - Küçəni su basdı - VİDEO
FED.az xəbər verir ki, böyük ölçülü (1,4 metr diametrli) su borusunun partlaması nəticəsində su fontan vuraraq ətrafı basıb. Nəticədə Yeni Yasamal ərazisində qısamüddətli sel yaranıb, həm ətrafdakı obyektlərə, həm də avtomobillərə zərər dəyib.
«Azərsu» baş verən hadisə ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir: "+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində bu gün səhər saatlarında qəza baş verib. Dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb. Qəza yerinə “Bakı Sukanal” və Yasamal Rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikaları cəlb olunub».
Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək.