Gəncədə yanğın baş verib.
FED.az xəbər verir ki, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.
“Sədərək”dəki yanğın qəsdən törədilib - HƏBS OLUNAN VAR
Yanğın baş verən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yem məhsulunun satışı ilə məşğul olan mağazanın sahibi İlham Həsənov iddia edib ki, obyekti məqsədli şəkildə yandırılıb. Mağaza sahibinin sözlərinə görə, ona təxminən 20 min manatdan artıq ziyan dəyib.
Hazırda aidiyyəti qurumlar tərəfindən yanğının səbəbləri araşdırılır.