Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – “qaynar” telefon xəttinə Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.
ELƏCƏ DƏ BAX : “Bazarstore”da müştərinin 30 min manatlıq - QIZILLARI OĞURLANIB
FHN-dən bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
İlkin məlumata əsasən, yaşayış binasının 6-cı, 7-ci və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.