Bazar günü Yaponiyanın paytaxtı Tokiodan şimal-qərbdə yerləşən Sibukava şəhərində avtomobilin supermarketə girməsi nəticəsində 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
FED.az xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi məlumat yayıb.
Yaralılardan biri ölümcül vəziyyətdədir, daha 9 nəfər vəziyyəti isə ağırdır.
55 yaşlı sürücü xəsarət almayıb. O, hadisə yerində həbs olunub.