Hadisə

Yanğın söndürüldü - sakinlər binaya buraxılmır  

Yanğın söndürüldü - sakinlər binaya buraxılmır   | FED.az
23:41 16 Aprel 2019
Bakının Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında baş vermiş yanğın söndürülüb. Tüstü tam çəkilmədiyindən sakinlər hələ ki binaya buraxılmır.
 
FED.az xəbər verir ki, sakinlər və yanğınsöndürənlər arasında zəhərlənmə ehtimalı ilə əlaqədar hadisə yerinə əlavə 3 təcili tibbi yardım briqadası cəlb edilib.
 
Ancaq bununla belə, zəhərlənənlər və ya xəsarət alanlar barədə bir məlumat daxil olmayıb.
Qeyd edək ki, yanğının baş verdiyi yaşayış binasında Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçiləri məskunlaşıb.
ONA

Digər xəbərlər

Banner