Hadisə

“Yanğınla bağlı cinayət işi açılıb, sahibkarlar dindiriləcək”

“Yanğınla bağlı cinayət işi açılıb, sahibkarlar dindiriləcək” | FED.az
16:13 28 Mart 2019

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə baş prokuror Zakir Qaralov çıxış edib.

FED.az xəbər verir ki, Z.Qaralov bildirib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə cinayət işi başlanılıb:

“Yanğın texniki, tikinti-texniki, fiziki-kimyəvi, əmtəəşünaslıq ekspertizaları təyin edilib. Qısa müddətdə yaranmış istintaq-əməliyyat qrupu tərəfindən bu ekspertizalar həyata keçiriləcək. Hadisə ilə bağlı sahibkarlar dindiriləcək”.

Eləcə də bax: “Yanğınla bağlı cinayət işi açılıb, sahibkarlar dindiriləcək”

***

Baş Prokurorluq da “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işinin açılması haqda məlumat yayıb. 

Qeyd edilir ki, yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Hazırda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə istintaqı aparılan cinayə işi üzrə hadisəsinin baş vermə cəbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də yanğınla bağlı məlumatlı şəxslərdən Nizami rayon prokurorluğunda yaradılmış Qərargaha - 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.

Digər xəbərlər

Banner