Hadisə

Yanğın olan binadan oğurluq edildi - TUTDULAR

Yanğın olan binadan oğurluq edildi - TUTDULAR | FED.az
15:22 25 Fev 2019

Bakıda yanğın baş verən yaşayış kompleksindən oğurluq edən şəxs tutulub.

 FED.az ONA-ya istinadən xəbər verir ki, yanğınsöndürənlər oğurluq edən şəxsi tutaraq polisə təhvil verib.

Qeyd edək ki, bu gün Yasamal rayonu, “Lider” televiziyasının yaxınlığında 24 mərtəbəli yaşayış binasında yanğın başlayıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Digər xəbərlər