Fevraln 6-da axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.
FED.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, qəza Xocavənd rayonu ərazisində baş verib.
Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var.
"Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar barədə daha ətraflı məlumat veriləcək"-deyə məlumatda bildirilir.