Mingəçevir şəhərinin mərkəzi bazarında bıçaqlanma hadisəsi baş verib.
FED.az xəbər verir ki, "Report”un Şirvan bürosunun məlumatına görə, bazarlığa gələn müştərilərdən biri satılan xiyarın qiyməti ilə razılaşmayaraq 1986-cı il təvəllüdlü satıcı Musayev Samir Vaqif oğlunu insanların gözü önündə ürək nahiyəsindən bıçaqlayıb.
Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis həmin şəxsin axtarışlarına başlayıb.
Bıçaqlanan şəxs 3 uşaq atasıdır, ailəsi ilə birgə kirayədə yaşayır.
Faktla bağlı araşdırma aparılır.
Eləcə də bax: Azərbaycanda “Dollar” əkib kilosunu 10 qəpiyə satanlar…