Banner

Hadisə

Xəzərdəki qəza ilə bağlı son vəziyyət - AÇIQLAMA

Xəzərdəki qəza ilə bağlı son vəziyyət - AÇIQLAMA | FED.az
08:42 9 May 2019

Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidməti mayın 8-də Xəzər dənizində baş verən qəza ilə bağlı son vəziyyəti açıqlayıb. FED.az xəbər verir ki, açıqlamada bildirilir:

"Saipem" təəssüflə xəbər verir ki, 8 may 18:30 radələrində şirkət tərəfindən əməliyyat işləri aparan "İsarfil Hüseynov" borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən bədbəxt hadisə nəticəsində yanğın olub. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcli yanıq xəsarətləri alıb və "Citadel" gəmisi ilə Bakı sahilinə gətirilib. Yaralananlar dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırılıb. "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq. 

Vurğulamaq istərdik ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur.

Digər xəbərlər

Banner