Dövlət Neft Şirkəti Xəzərdə partlayış baş verməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
SOCAR-ın nümayəndəsi İbrahim Əhmədov bildirib ki, "SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir. Əlavə məlumat olarsa, ictimaiyyəti məlumatlandıracağıq".
****
Xəzər dənizinin Azərbaycan sektorunda şiddətli partlayış olub. Hazırda təfərrüatlar aydınlaşdırılır.
FED.az biznes və maliyyə xəbərləri portalı Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, təsdiqlənməmiş məlumata əsasən, partlayış Ələt yaxınlığındakı neft platformalarının birində baş verib.
Sputnik Azərbaycan iddia edib ki, Xəzər dənizində “Ümid”qaz platformasında güclü partlayış olub. Amma SOCAR bunu təkzib edib.
Dövlət Dəniz Adminstrasiyası dənizdə gəmilərə yanğından uzaq olmaqla bağlı tapşırıq verib.