Qazaxıstan sərhədçiləri Xəzər dənizinin onlara aid hissəsində qanunsuz balıq ovu ilə məşğul olan Azərbaycan balıqçılarına atəş açıblar.
FED.az xəbər verir ki, silahlı insident zamanı 1 nəfər Azərbaycan vətəndaşı yaralanıb.
Balıq ovçuları Xəzər dəniz hövzəsində 25 dekabr tarixində saat 23:45-də aşkar olunublar. Qazaxıstan sərhədçiləri gəmini dayandırmaq üçün təqib edən zaman atəş açmaq məcburiyyətində qalıblar. Bu zaman Azərbaycan vətəndaşlarından biri bazu önü sümüyündən güllə yarası alıb. Ona lazımi tibbi yardım göstərilib.
Eləcə də bax: “Port Baku”da yanğın olub
Məlumata görə, gəminin göyərtəsində 4 Azərbaycan vətəndaşı olub. Gəmidə həmçinin 40 ədəd nərə tipli balıq ovu nümunəsi, 10 qutu brokonyer qarmaq ipləri, peyk rabitəsi və naviqasiya vasitələri tapılıb.
Qazaxıstan dövlət sərhədini qəsdən qanunsuz keçmə faktı üzrə cinayət işi açılıb.
Eləcə də bax: Azərbaycanda nərə balıq artırma zavodu tikilir
@report