Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə FED.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.
Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.
***
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə FED.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.9, dərinliyi isə 10 km olub.
***
Xəzər dənizində zəlzələ baş verib.
Qurban Yetirmişli: "Azərbaycan seysmoloji zonada yerləşir, binalar tikilərkən bu, nəzərə alınır"
FED.az xəbər verir ki, yeraltı təkanlar 4.7 bal maqnitudalı olub.
Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.