Beynəlxalq investisiya şirkəti "Virgin Group", səudiyyəli jurnalist Cemal Kaşıkçı hadisənin ardından Səudiyyə Ərəbistanında yatırmağı planlaşdırdığı 1 milyard dollarlıq investisiya layihəsini dayandırdığını açıqlayıb.
Beynəlxalq nəqliyyat şəbəkəsi şirkəti "Uber" isə Ər-riyadda keçiriləcək konfransa qatılmayacağını açıqlayıb.
FED.az xəbər verir ki, CNN-nin məlumatına görə, "Virgin Group"un banisi İngilis iş adamı Riçard Branson etdiyi açıqlamada, Cemal Kaşıkçının itkin düşməsilə bağlı iddialar doğru çıxarsa Qərb ölkələrinin Səudiyyə Ərəbistanı rəhbərliyilə iş görmək mövqeyini tamamilə dəyişdirəcəyini bildirib.
Səudiyyə rəsmilərindən Cemal Kaşıkçı itkin düşməsilə bağlı məlumat istədiklərini bildirən Branson, Səudiyyə Ərəbistana yatırmağı planlaşdırdığı layihəni təxirə saldıqlarını qeyd edib.
Səudiyyə Ərəbistanı Krallığı, keçən il "Virgin Galactic" və "Virgin Orbite"in 1 milyard dollarlıq sərmayə qoymağı planlaşdırdığını açıqlamışdı.
"Uber"in rəhbəri Dara Khosrowshahi isə Oktyabrın 23-25-də Ər-Riyadda Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın himayəsində keçiriləcək Gələcəyə Sərmayə Təşəbbüsü (Future Investment Initiative-FII) adlı konfransa qatılmayacağını açıqlayıb.
Khosrowshahi, Kaşıkçı hadisəsindən narahat olduqlarını qeyd edib.
Amerikanın qəzetlərindən "New York Times" (NYT), "Huffungton Post" və "Los Angeles Times" da 23-25 Oktyabrda Ər-Riyadda keçiriləcək konfransa media sponsorluğu olmaqdan imtina etmişdilər.
Səudiyyə reformistlər üçün mühüm platforma olan "Al Watan" qəzetinə böyük töhfə verən və Yaxın Şərqin ən fəal jurnalistlərindən biri kimi tanınan "Washington Post"un yazarı Cemal Kaşıkçı, 2 Oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gedib və ondan sonra Kaşıkçıdan xəbər yoxdur.