“Veysəloğlu” MMC “Vəlioğlu-2018” MMC-dən şikayət edib.
FED.az xəbər verir ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü abzasının tələblərinin pozulması üzrə şikayət araşdırılır.
Belə ki, “Veysəloğlu” MMC qarşı tərəfi əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması ilə ittiham edir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti şikayətə baxılması üçün ilk görüşü fevralın 18-i keçirib və hazırda proses davam edir.
“Veysəloğlu” “Vəlioğlu-2018”dən buna görə - ŞİKAYƏTÇİDİR – SƏBƏB

17:38
22 Fev 2022