Vətəndaşların bank kartlarından kiber üsullarla pul talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Eləcə də bax: Mərkəzi Bankdan bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Daxili İtşlər Nazirliyindən FED.az-a verələn məlumata görə, polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 2002-ci il təvəllüdlü Surət Əliyev saxlanılaraq istintaqa cəlb edilib.
O, aldatma yolu ilə hansısa məhsulun satışı ilə məşğul olan şəxslərə ödəniş etmək adı altında onların bank kart məlumatlarını əldə edərək öz hesabına köçürməklə nağdlaşdırıb.
Araşdırmalar davam etdirilir.