Bakının Sabunçu rayonunda usta işlədiyi sexdə həyatını itirib.
Eləcə də bax: İşçiləri sığortalamaq neçəyədir? - PEŞƏLƏR, MƏBLƏĞLƏR
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, oktyabrın 10-u saat 18 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən dəmirdüzəltmə sexində usta işləyən 1992-ci il təvəllüdlü Mahir Səmədzadə iş yerində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.