Hadisə

Ucarda baş verən yanğında - 3000 CÜCƏ TƏLƏF OLUB

Ucarda baş verən yanğında - 3000 CÜCƏ TƏLƏF OLUB | FED.az
10:44 28 Noy 2019

Ucarda yanğın olub.

FED.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun "29-cu məhəllə" adlanan ərazisində qeydə alınıb. Rayon sakini, 1988-ci il təvəllüdlü Səməd Vahid oğlu Əşrəfova məxsus həyətyanı sahədə olan ümumi sahəsi 135 kvadratmetr olan cücə saxlamaq üçün nəzərdə tutulan tikilidə yanğın baş verib. Yanğın zamanı binanın 100 kvadratmetri və içərisində olan 3000 cücə yanıb.

Eləcə də bax: Bakıda bazarda böyük - YANĞIN - FOTO - VİDEO

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon yanğından mühafizə hissəsinin  yanğınsöndürənləri cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində binanın qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.  

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Apa

Digər xəbərlər