Türkiyənin Antalya şəhərində 22 yaşlı gənc Mert Ersoy bitkoin şifrəsini ələ keçirmək istəyən beş nəfər tərəfindən qətlə yetirilib.
FED.az xəbər verir ki, Türkiyə KİV-nin yazdığına görə, hadisə sentyabrda baş verib. Gənci öldürənlər saxlanılsa da, bitkoinlərin aqibətindən xəbər yoxdur.
Polis şübhəlilərin Ersoyun mobil telefonunun təhlükəsizlik şifrəsini aça bilmədiklərini və bitkoinləri əldə edə bilmədiklərini deyib.
Qətlin üstündən keçən 3 ay ərzində bitkoinin dəyəri artsa da, ailəsi pulları əldə edə bilməyib.
Yerli vəkilin sözlərinə görə, əgər bitkoinlər rəqəmsal hesabda saxlanılırsa və şifrəni ölən sahibindən başqa heç kim bilmirsə, həmin bitkoinləri əldə etmək mümkün deyil. Əgər yerli rəqəmsal valyuta birjasında saxlanılırsa, o zaman pullar ölən şəxsin varislərinə çatır.