Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb.
Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki vətəndaşlarımıza - MÜRACİƏT EDİB
FED.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1014-ə çatıb. Yaralıların sayı isə 7003 nəfərə yüksəlib.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərlərində səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin bir çox bölgəsində hiss olunub. Günörta saatlarında şəhərdə yenidən 7,6 bal gücündə zəlzələ qeydə alınıb.