Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 5894 nəfərə, yaralananların sayı isə 34 min 810 nəfərə çatıb.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezident Fuad Oktay canlı yayımda bildirib.
Xatırladaq ki, Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.
Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, Hatayda 1647, Kahramanmaraşda 1243, Qaziantepdə 504, Şanlıurfada 127, Adanada 167, Adıyamanda 896, Malatyada 201 nəfər zəlzələ nəticəsində həlak olub.
O qeyd edib ki, Hatayda dağıntı altından 1846 nəfər çıxarılıb.
Qeyd edək ki, son məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 5894 nəfərə çatıb.