Türkiyənin 11 vilayətində dağıntılara səbəb olan zəlzələdə ölənlərin sayı 40642-yə çatıb.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Rəsmi məlumata görə, Türkiyədə zəlzələdə ölənlərin sayı 40642 nəfərə çatıb.
AFAD sədri Yunus Sezer bildirib ki, 80 ölkə Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib, onlardan bir hissəsi işini yekunlaşdırıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.