Türkiyədə zəlzələ qurbanlarının sayı 5434 nəfərə çatıb, 31 min 777 nəfər xəsarət alıb.
THY zəlzələ bölgəsinə - UÇUŞLARINI PULSUZ ETDİ
FED.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.
AFAD bilririr ki, indiyədək 8 mindən çox insan dağıntılar altından xilas edilib.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.
Zəlzələ ilə əlaqədar olaraq Türkiyənin on vilayətində üç aylıq fövqəladə vəziyyət elan olunub
Axtarış-xilasetmə işlərinə 53 min 317 xilasedici, polis əməkdaşı və hərbçi, minə yaxın təcili yardım maşını, 5 min tibb işçisi cəlb edilib. Zəlzələ bölgəsində dərslərə fevralın 20-dək ara verilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.