Türkiyədə baş verən zəlzələ zamanı 20 binaya ziyan dəyib.
FED.az xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.
O qeyd edib ki, 3 nəfər xəsarət alıb.
***
Türkiyənin qərbində 4.6 bal gücündə zəlzələ baş verib.
FED.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) rəsmi internet səhifəsində bildirilib.
Zəlzələnin episentri Egey dənizinin sahilində, 10 km dərinlikdə və İzmir şəhərindən 10 km cənub-şərqdə yerləşib. (Apa)