Ötən gecə Türkiyə 6.8 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri Elazığın Sivrice rayonunda yerləşib.
FED.az xəbər verir ki, zəlzələ Diyarbakır, Adıyaman, Batman, Kahramanmaraş, Şanlıurfa şəhərlərində hiss olunub.
Hadisə nəticəsində 20 nəfər ölüb, 1050 nəfər isə yaralanıb. Zəlzələ bölgəsində xilasetmə əməliyyatları davam etdirilir. Ölən və yaralananların sayının artacağı istisna deyil.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca, Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum Elazığa gediblər.
Zəlzələ bölgəsindən fotoreportajı təqdim edirik.
Report