Türkiyənin Elazığ, Malatya, Diyarbakır, Adıyaman, Batman, Kahramanmaraş və Şanlıurfa şəhərlərində baş verən zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb.
FED.az xəbər verir ki, Elazığ və Malatya şəhərlərində ölənlərin sayı 20-yə çatıb.
Eləcə də bax: Türkiyədə güclü zəlzələ - 18 NƏFƏR ÖLÜB, İTKİN DÜŞƏNLƏR VAR
Hadisə nəticəsində 1015 nəfər yaralanıb.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca, Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum Elazığa gediblər.
***
Türkiyənin Elazığ bölgəsində baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir. Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və güc nazirlikləri fəlakət bölgəsində birgə çalışırlar. Yerli vaxtla 7:40-a olan məlumata görə yaralıların sayı 922 nəfərə çatıb. Onlardan 14-nün vəziyyəti ağırdır.
FED.az xəbər verir ki, hökumətin yaratdığı Fövqəladə Vəziyyət Məntəqəsində “Qaynar xətt” yaradılıb. Bildirilir ki, 19 nəfər həyatını itirib. Evləri dağılan və riskli hala düşən vətəndaşlar məktəblərdə, idman mərkəzlərində, digər azmərtəbəli binalarda yerləşiblər.
Ölkənin hər yerindən təbi fəlakət bölgəsinə yardım istiqamətləndirilib. Türkiyə Silahlı Qüvvələrinin 9 yük təyyarəsi Elazığ hava limanına enib.
Havaların kəskin soyuq olması evsiz insanların çətinliyini artırır.