Zəlzələ bölgəsində 309 min mənzil tikiləcək
Türkiyənin zəlzələ bölgəsində kredit borclarının müddəti - 6 AY UZADILIB
FED.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Qırılma xəttinə yaxın ərazilərdə tikintiyə, köhnə yaşayış məntəqələrində bərpa işlərində çoxmərtəbəli binalara icazə verməyəcəyik", - o bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. (Trend)