Türkiyədə polis Fəthulla Gülən tərəfdarlarına qarşı yeni əməliyyat keçirib.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, əməliyyatlar Türkiyənin iri banklarında – “Kalkınma Bankası”, “Bank Asya”, “İller Bankası”, o cümlədən Mərkəzi Bankda aparılıb.
Aparılan əməliyyat nəticəsində 20-dən çox adamın saxlanıldığı bildirilib.
Hadisənin təfərrüatları barədə digər məlumatlar verilməyib.