Türkiyənin Ədirnə vilayətində, Soros sahillərində nəhəng sərnişin təyyarəsi planlaşdırılmış şəkildə suda batırılıb. Məqsəd ərazidə turizmin inkişaf etdirilməsidir.
ELƏCƏ DƏ BAX: Neft zavodunda şiddətli partlayış
Sahildən 1800 metr məsafədə “Airbus A330” tipli laynerin batırılması üçün təntənəli mərasim təşkil olunub. Layner 30 metr dərinliyə endirilib.
90 ton ağırlığındakı təyyarə Soros sahillərinə 6 TIR vasitəsi ilə gətirilərək, burda montaj-quraşdırma işləri aparıldıqdan sonra suya endirilib. Uzunluğu 60 metr olan bu təyyarə indiyədək turizmin inkişaf etdirilməsi məqsədi ilə batırılan ən böyük təyyarədir.
Qeyd edək ki , layihə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) dəstəyi ilə həyata keçirilib.