«Thodex» maliyyə piramidasının qurucusu, Türkiyədən qaçaraqo xaricdə həbs olunan Fatih Özeri ümumilikdə 12-40 min il həbs cəzası gözləyir.
FED.az biznes və maliyyə xəbərləri portalı "Habertürk"ə istinadla xəbər verir ki, Fatih Özer dünən səhər saatlarında Albaniya polisinin keçirdiyi əməliyyat-axtarış zamanı saxlanılıb.
Məlumatda bildirib ki, polis əməkdaşları 3 ay əvvəl Fatih Özerlə münasibətdə olan 2 nəfəri saxlayıb, sonra onları sərbəst buraxaraq təqibə başlayıblar. Bu yolla da şirkət qurucusu ələ keçirilib.
Artıq Fatih Özerin ekstradisiyası üçün əməliyyat başlanılıb. Onun hələ tutumasından əvvəl başlanan məhkəmə prosesi isə davam edir.
Fatih Özer maliyyə piramidası yaratmaqla ölkədə minlərlə insalı aldatmaqda və ümumilikdə 19,8 milyon dollar ələ keçirməkdə ittiham olunur.
Məhkuğ bu günahlarla daha bir rekorda imza ata bilər – yerli qanunvericiliyə görə onu bütün cinayətləri sübut olunsa - 12164 ildən 40562 ilə qədər həbs cəzası gözləyir.
Hələlik məhkəmə prosesinə 21 nəfər iştirak etsə də, onlardan yalnız 6-sı həbs olunub.
Qeyd edək ki, F.Özer də daxil olmaqla 21 nəfər müxtəlif vasitələrlə minlərlə insanı aldatdığı məlum olub. Onlar "cinayət törətmək üçün təşkilat yaratmaq və onlara rəhbərlik etmək", "informasiya sistemlərindən, bank və ya kredit təşkilatlarından alət kimi istifadə edərək fırıldaqçılıq" və "bir tacir və ya şirkətlə əməkdaşlıq" maddələri ilə ittiham olunurlar.
İttiham olunanları “İcra məmurlarının cinayət nəticəsində yaranan dələduzluq və əmlaklarının yuyulması” cinayətlərinə görə 12164 ildən 40562 ilə qədər həbs cəzası gözləyir.