Türkiyənin Kocaeli şəhərinin Derince limanındakı depoda baş vermiş partlayışda xəsarət alanların sayı artıb.
FED.az xəbər verir ki, Kocaeli valisi Seddar Yavuz bildirib ki, yaralıların sayı 10-a çatıb.
Bir nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Dağıntılar altında qalan yoxdur.
Derince bələdiyyə sədri Zeki Aygün partlayışın taxıl anbarında baş verdiyini bildirib.
O, sıxılmanın partlayışa səbəb olduğunu vurğulayaraq, hazırda yanğının olmadığını qeyd edib. Zeki Aygünün sözlərinə görə, xəsarət alanlar artıq xəstəxanaya çatdırılıb. (Apa)