Türkiyənin Van vilayətində İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib.
FED.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyatı Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Polis İdarəsi keçirib.
Əməliyyatla iranlı bir əsgəri ölkələrinə qaçırmaq istəyən səkkiz nəfər tutulub. Onlardan ikisinin casus olduğu ortaya çıxıb.
Onların 30 min dollarlıq büdcə ilə Vanda şəbəkə formalaşdırmağa çalışdıqları təsbit olunub.
Şəbəkə üzvləri iranlı casusların təlimatları ilə keçmiş iranlı hərbçi M.A-nın həyat yoldaşı M.E-yə qaçırma əməliyyatına kömək etməsi üçün 10 min dollar təklif ediblər. Qadın kömək etməyəcəyi təqdirdə İrandakı ailəsinə zərər veriləcəyi ilə təhdid olunub.
Sentyabrın 24-də keçirilən və indi barəsində məlumat yayılan əməliyyatda İran vətəndaşı S.S. və Türkiyə vətəndaşı M.E.A. saxlanılıb.
Davam etdirilən əməliyyatla daha altı Türkiyə vətəndaşından ibarət şəbəkə ələ keçirilib.(qafqazinfo)