Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda baş verən yanğın zamanı ölənlərin sayının 78 olması dəqiqləşib.
Türkiyədə 76 nəfərin öldüyü yanğına görə hotel sahibi saxlanıldı
FED.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi hazırkı yekun nəticələrə əsasən məlumat verib.
Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-də matəm elan edilib. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətinə gedib, hadisədə həyatını itirən Gültəkin ailəsinin vida mərasimində iştitak edib. (Report)